Renat Türkiyəyə qayıdır

  • Bu gün, 12:06

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Sportlife.az xəbər verir ki, mövsümün sonunda "Motor"u tərk edəcək 26 yaşlı hücumçu I Liqa klublarının diqqət mərkəzindədir.

Danışıqlar müsbət yekunlaşsa, forvard qardaş ölkəyə azad agent statusu ilə yollanacaq.

Qeyd edək ki, Renat Dadaşov daha əvvəl Türkiyədə “Hatayspor” və “Ankaragücü”də çıxış edib. Onun "Motor"la müqaviləsi gələn ay başa çatacaq.


Paylaş: