"Mançester Yunayted"dən Kerrik qərarı

  • Bu gün, 12:30

Maykl Kerrikə daimi əsasda "Mançester Yunayted"in baş məşqçisi olmaq təklif olunacaq.

Sportlife.az xəbər verir ki, mütəxəssis hələlik klubun idarə heyəti ilə gələcəyi barədə danışmayıb. Lakin mənbə iddia edir ki, idman direktoru Ceyson Uilkoks və baş icraçı direktor Omar Berrada çalışdırıcının işindən təsirləniblər.

Kerrikin yanvar ayında təyinatından bəri komanda Premyer Liqadakı 14 oyunundan 10-da qalib gəlib və vaxtından əvvəl Çempionlar Liqasına vəsiqə qazanıb.

"Mançester Yunayted"in rəhbərləri də Kerrikin oyunçuların və soyunma otağının dəstəyinə sahib olduğunu bilirlər, ona görə mütəxəssis daimi müqavilə təklif olunacaq.


Paylaş: