"Arsenal"da rekord təkrarlandı

  • Bu gün, 11:46

"Arsenal" Çempionlar Liqasının yarımfinalında "Atletiko"nu mübarizədən kənarlaşdıraraq, həlledici görüşə vəsiqə qazanıb.

Sportlife.az xəbər verir ki, Londondakı "Emireyts" stadionunda keçirilən yarımfinalın cavab matçı "topçular"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da "Arsenal" bir mövsümdə ən çox qələbə qazanaraq, klub rekordunu (41 oyun) təkrarlayıb.

London komandası daha əvvəl 1970/71 mövsümündə 41 qələbə qazanmışdı.


Paylaş: