Musayev ən yaxşı seçilə bilər

  • Bu gün, 13:31

Rusiya Premyer Liqasında (RPL) aprel ayının məşqçisi mükafatına namizədlər açıqlanıb.

Sportlife.az xəbər verir ki, siyahıda Murad Musayev ("Krasnodar"), Sergey Semak ("Zenit"), Juan Karsedo ("Spartak"), Frank Artiqa ("Rubin") və İqor Osinkin ("Soçi") yer alıb.

Qalib Premyer Liqa əfsanələri, "Match Premier" kanalının mütəxəssisləri və azarkeşlərin səsverməsi əsasında müəyyən ediləcək. Üç fərqli namizəd qalib gələrsə, qalib RPL əfsanələri tərəfindən seçiləcək.


Paylaş: