Konte "Napoli"dən gedir

  • Bu gün, 13:49

"Napoli"nin baş məşqçisi Antonio Konte klub rəhbərliyi ilə fikir ayrılıqları səbəbindən komandadan ayrılmaq üzrədir.

Sportlife.az xəbər verir ki, 56 yaşlı mütəxəssis klubun idman məsələlərinə tam nəzarət etmək istəyir. O, "Napoli"də qalmaq arzusundadır, lakin artıq güzəştə getmək fikrində deyil.

Konte 2024-cü ilin yayından "Napoli"yə rəhbərlik edir. Debüt mövsümündə A Seriyasını, 2025-ci ildə isə İtaliya Superkubokunu qazanıb.

Qeyd edək ki, "Napoli" 35 oyundan sonra 70 xalla İtaliya liqasında 2-ci yerdədir. 


Paylaş: