Çempionluğun bir addımlığında

  • Bu gün, 14:06

Bu gün futbol üzrə Azərbaycan I Liqasında çempion bəlli ola bilər.

Sportlife.az xəbər verir ki, çempionatın lideri "Şəfa" XXV turda "Difai"ni məğlub etsə, liqanın sonuna 2 tur qalmış qızıl medalları rəsmiləşdirəcək.

Paytaxt klubu hazırda 53 xalla turnir cədvəlinə başçılıq edir. Ən yaxın izləyicisi "Səbail" isə onlardan 7 xal geridədir.

Qeyd edək ki, "Difai" - "Şəfa" matçı saat 16:00-da start götürəcək.


Paylaş: