71 yaşlı azarkeş irqçiliyə görə həbs edildi
71 yaşlı "Everton" azarkeşi Premyer Liqanın 35-ci tur oyununda "Mançester Siti"nin hücumçusu Antuan Semenyoya qarşı irqçi təhqir ittihamı ilə həbs edilib.
Sportlife.az xəbər verir ki, kişi azarkeş artıq girov müqabilində azadlığa buraxılıb, lakin oyun günlərində stadiona yaxınlaşması qadağan olunub.
Oyundan sonra "Siti"nin müdafiəçisi Mark Qeyi də sosial mediada irqçi təhqirə məruz qalıb.
Qeyd edək ki, qarşılaşma 3:3 hesablı heç-heçə ilə başa çatıb.