FIFA istəyinə çatdı
FIFA "Benfika"nın vingeri Canluka Prestianninin diskvalifikasiyasını öz himayəsi altında olan bütün turnirlərə şamil edib.
Sportlife.az xəbər verir ki, bu barədə jurnalist Rob Harris özünün X sosial media səhifəsində məlumat verib.
Buna görə də Prestianni Argentina milli komandasına çağırılarsa, DÇ-2026-nın ilk iki oyununu buraxacaq.
"Benfika"nın oyunçusu Çempionlar Liqası matçında "Real"ın hücumçusu Vinisius Juniora qarşı irqçi davranışına görə altı oyunluq diskvalifikasiya edilib.
Daha sonra UEFA diskvalifikasiyanın bütün FIFA turnirlərinə şamil edilməsini istəyib.