PSJ üçün ən arzuolunmaz rəqib
"Bavariya" PSJ üçün Çempionlar Liqasında ən çətin rəqibidir.
Sportlife.az xəbər verir ki, parislilər digər komandalarla müqayisədə, Münhen səfərində daha çox uduzublar. Belə ki, səfərdə 7 oyundan 5-i "pivəçilər"in qələbəsi ilə başa çatıb. Bunlardan dördü 2 və ya 3 qol fərqi ilə olub.
Xatırladaq ki, PSJ bu gün yarımfinalda "Bavariya"nın qonağı olacaq. Fransa klubu ilk oyunda rəqibini 5:4 hesabı ilə məğlub edib.