Peres Mourinyo ilə görüşdü

  • Bu gün, 18:30

"Real"ın prezidenti Florentino Peres "Benfika"nın baş məşqçisi Joze Mourinyo ilə görüşüb.

Sportlife.az xəbər verir ki, videokonfrans vasitəsilə keçirilən görüşdə portuqaliyalı mütəxəssisin Madrid klubuna mümkün qayıdışı müzakirə olunub.

Bir saat davam edən görüşdə Mourinyonun agenti də qonaq qismində iştirak edib, lakin müzakirələrə qatılmayıb.

Portuqaliyalı məşqçi "Real"a qayıtmağı istisna etməsə də, qəti cavab verməyib.

Mourinyo hələ açıqlanmayan bir sıra şərtlər irəli sürüb. Bunlar maliyyə deyil, komandanın idman, tibbi, təşkilati və intizam aspektləri ilə bağlıdır. Peresin gələn həftə məşqçiyə cavab verməsi gözlənilir.

Mütəxəssis daha əvvəl 2010-cu ildən 2013-cü ilə qədər "Real"a rəhbərlik edib. O, Madrid klubu ilə İspaniya liqasını, İspaniya Kubokunu və İspaniya Superkubokunu qazanıb.


Paylaş: