"Qarabağ”dan heç kim heç nə gözləmir"

  • Bu gün, 15:54

“Nyukasl” Bakıya əsas heyətlə yollanacaq. Ola bilsin ki, 5-6 futbolçuda rotasiya tətbiq olunsun. Çünki komanda həm son matçlarda çox enerji itirdi, həm də qarşıda ağır matçlar var”.

Sportlife.az xəbər verir ki, bunu Belarus millisinin sabiq hücumçusu Vitali Kutuzov UEFA Çempionlar Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu barədə danışarkən deyib.

Vaxtilə "Milan"da çıxış etmiş 45 yaşlı veteran futbolçu İngiltərə klubunun çətinliklə üzləşsə də, qələbə qazanacağını düşünür: “Nyukasl” “Qarabağ”a ehtiyatla yanaşacaq. Bu üzdən komanda “Qarabağ”ı darmadağın etməyə bilər. İngilislərin sıx təqvimi istər-istəməz bu görüşə təsir edəcək. Üstəlik, uzun uçuşu da nəzərə almaq lazımdır. Azərbaycandakı stadionun durumunu da bilmirəm. Postsovet reallığında sürprizlər ola bilir. “Qarabağ”ın şansı ondadır ki, onlardan heç kim heç nə gözləmir. Komanda bu anların dadını çıxara bilər. “Qarabağ”dakı bir çox futbolçu üçün bu, heç vaxt xəyal etmədiyi macəradır. İstənilən halda “Nyukasl”ın Bakıda 1 və ya 2 cavabsız qol vuraraq qələbə qazanacağını düşünürəm”.

Qeyd edək ki, fevralın 18-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.


Paylaş: