Mourinyo: "Yaralı aslan təhlükəlidir"

  • Bu gün, 14:48

"Benfika"nın baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının pley-off mərhələsi ilə bağlı gözləntilərini bölüşüb.

Sportlife.az xəbər verir ki, mütəxəssis "Real"la matçın çox çətin keçəcəyini bildirib:

"Biz yalnız ilk hissəni oynamışıq. Trubin "Da Luj"da hücumda olmayacaq. Mən bu cür matçlara öyrəşmişəm - bütün həyatım boyu bunu etmişəm. İlk oyunu soyuqqanlılıqla, ambisiya və özünəinamla oynayacağıq. Çempionlar Liqasının krallarına nə etdiyimizi bilirik... Onlar xəsarət alıblar. Yaralı aslan isə təhlükəlidir".

Qeyd edək ki, komandalar arasında ilk oyun fevralın 17-də olacaq.


Paylaş: