Ohori niyə "Kəpəz"in heyətində yox idi? – ŞOK İDDİA
“Kəpəz”in Ryonosuke Ohorini “Neftçi” ilə oyunlara aparmaması ilə bağlı yeni iddia ortaya çıxıb.
Sportlife.az-a kluba yaxın mənbənin verdiyi məlumata görə, yaponiyalı futbolçu həftə ərzində keçirilən bütün məşqlərdə iştirak edib və oyuna hazır vəziyyətdə olub. Komandanın baş məşqçisi Azər Bağırov onu oyuna aparmaq niyyətində olsa da, klubun İdarə Heyətinin üzvü Fərman Əlizadə bu qərara müdaxilə edib.
İddiaya əsasən, Əlizadə “Neftçi”də çalışan menecer dostu Kamil Məmmədova jest olaraq Bağırovdan Ohorini heyətə daxil etməməsini istəyib.
Xatırladaq ki, Bağırov ötən gün oyundan sonra keçirilən mətbuat konfransında Ohorinin gözündə problem yarandığı üçün onu oyuna aparmadığını bildirmişdi.