"Qarabağ" pley-offa qədər gəlibsə..."

  • Bu gün, 10:02

"İki il əvvəl Çempionlar Liqasında keçirdiyimiz ilk il inanılmaz təcrübə idi. Amma indi bu turnirdə uğurlu nəticə qazanmaq istəyirik".

Sportlife.az xəbər verir ki, bunu “Nyukasl”ın baş məşqçisi Eddi Hau yerli mətbuata açıqlamasında deyib.

48 yaşlı mütəxəssis komandasının cari mövsüm Çempionlar Liqasındakı çıxışını yüksək qiymətləndirib. Hau pley-off mərhələsində “Qarabağ”la keçiriləcək matçlara da toxunub: “Bu mövsüm fərqli hiss var. Qarşılaşdığımız komandalardan zövq aldıq, hər biri çətin idi. Amma düşünürəm ki, bunun sayəsində daha yaxşı komandaya çevrildik. Bundan da irəli getmək imkanımız var. Çox yaxşı kollektivə malikik və Çempionlar Liqasında mümkün qədər irəliləmək istəyirik. Qarşıdakı maneə “Qarabağ”dır. Azərbaycan komandası pley-offa qədər gəlibsə, hörmətə və ona qarşı ehtiyatlı davranmağa layiqdir”.

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Nyukasl” oyunu saat 21:45-də başlayacaq.


Paylaş: