Azərbaycan - Portuqaliya: Stadion bilindi
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində Portuqaliya ilə keçirəcəyi oyunun vaxtı və yeri dəqiqləşib.
Sportlife.az xəbər verir ki, B qrupunun VI turu çərçivəsində təşkil olunacaq görüş martın 27-də Bakıdakı “Palms Sports Arena”da keçiriləcək.
Qarşılaşmanın start fiti saat 15:00-da səslənəcək. Millimiz martın 31-də isə Bolqarıstan yığmasının qonağı olacaq.
Qeyd edək ki, U-21 komandamız 5 turdan sonra 5 xalla 5-ci pillədə qərarlaşır.