Ardıcıl 5 qələbəyə 1 milyon mükafat

  • Bu gün, 15:28

"Olimpiakos"un sahibi Evangelos Marinakis çempionatda ardıcıl 5 qələbəyə görə futbolçulara böyük bonuslar ödəyəcəyinə söz verib.

Sportlife.az xəbər verir ki, mükafat pulu 1 milyon avro olacaq. Afina təmsilçisi növbəti 5 matçda "Panetolikos", "Panserraikos", PAOK, OFI və "Larissa" ilə qarşılaşacaq.

Bundan əlavə, klub sahibi Çempionlar Liqasının pley-off mərhələsində "Bayer" üzərində qələbəyə görə də xüsusi mükafat ödəyəcəyini açıqlayıb. Bu, indiyə qədər Yunanıstan komandasında ən yüksək mükafat məbləği ola bilər.

"Olimpiakos" hazırda Yunanıstan çempionatının reytinqində 47 xalla 2-ci yerdədir və lider AEK Afinadan 2 xal geri qalır.


Paylaş: