"Nyukasl" "Qarabağ" üçün gəlir
İngiltərənin "Nyukasl" komandası "Qarabağ"la keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu üçün Bakıya yola düşüb.
Sportlife.az xəbər verir ki, klub bununla əlaqədar paylaşım edib.
Paylaşımda növbəti dayanacağın Bakı olduğu və səfəri kollektivi rahat, komfortlu və “şoulu” şəkildə etdiyi vurğulanıb.
Komanda Heydər Əliyev Beynəlxalq Aeroportundan birbaşa Tofiq Bəhramov adına Respublika stadionuna üz tutacaq.
Baş məşqçi Edi Hau saat 20:30-da mətbuat konfransı keçirəcək. Saat 21:00-da isə “Nyukasl” ilk 15 dəqiqəsi media üçün açıq olan məşqə çıxacaq.
Qeyd edək ki, fevralın 18-də Respublika stadionunda təşkil olunacaq qarşılaşma saat 21:45-də başlanacaq.