AFFA rəsmisi Avropa Kubokunda

  • Bu gün, 14:30

AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan növbəti təyinat alıb.

Sportlife.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin "Austriya" (Avstriya) – "Sparta" (Çexiya) cavab matçının UEFA nümayəndəsi olacaq.

Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən "Franz-Horr" stadionunda baş tutacaq.

Komandalar arasında Çexiyada keçirilən ilk görüş qolsuz başa çatıb.


Paylaş: