Spaletti: "Dünən 3 addım geri getdik"
"Yuventus"un baş məşqçisi Luçiano Spalletti Çempionlar Liqasının pley-off mərhələsində "Qalatasaray"a 2:5 hesabı ilə uduzduqları ilk oyunu şərh edib.
Sportlife.az xəbər verir ki, mütəxəssis dünənki matçda öz xarakterlərini göstərə bilmədiklərini söyləyib:
"Üç addım geri getdik. Etdiyimiz işin çətinliyini və təhlükəsini anlamadıq. Keyfiyyəti itirsək, müdafiədə həmişə risk altında olacağıq. Cavab oyunundan əvvəl düzgün təhlil aparmağa çalışacağıq".
"Yuventus" və "Qalatasaray" arasında cavab matçı fevralın 25-də Turində keçiriləcək.