Millimizin yekun heyəti bilindi
18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Belarusun paytaxtı Minskdə keçiriləcək Beynəlxalq İnkişaf Turniri üçün yekun heyəti müəyyənləşib.
Sportlife.az xəbər verir ki, turnirdə 8 komanda 2 qrup üzrə yarışacaq. Millimiz B qrupunda Belarus, Rusiya və Özbəkistan kollektivləri ilə mübarizə aparacaq.
U-18-in yekun heyətini nəzərinizə çatdırırıq: Nurəziz Əzizov, İsmayıl Səfərli, Sahib Xəlilli, Emin Süleymanov (hamısı “Neftçi”), Bilal Hacıyev, Uğur Qurbanlı, Amin Rzayev, Eldar Abbasov, Əli Bəşirov (hamısı “Qarabağ”), Rəşad Gülüşov, Nihad Hüseynzadə, İbrahim Xəlilov, Samir Şərifov, Nicat Kərimov (hamısı “Sabah”), Atacan Məmmədov, Səttar Tahirzadə, Muhamməd Çodarov, Pünhan Kərimov (hamısı “Marcet”, İspaniya), Raul İsaqov (“Kəpəz”), Musa Mustafayev (“Zirə”), Kamal Zülfiyev (“Sumqayıt”).
19 fevral
13:50. Azərbaycan – Rusiya
20 fevral
14:20. Azərbaycan – Özbəkistan
21 fevral
16:40. Belarus – Azərbaycan
Oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
Qeyd: Fevralın 23-də həlledici oyunlar keçiriləcək. Qrupların qalibləri finalda, ikinciləri üçüncü yer uğrunda, üçüncüləri beşinci yer uğrunda, dördüncüləri isə 7-ci yer uğrunda görüşdə üz-üzə gələcəklər.