"Nyukasl"da ciddi itkilər

  • Bu gün, 13:52

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda "Qarabağ"ın qonağı olacaq "Nyukasl" oyuna ciddi itkilərlə çıxacaq.

Sportlife.az xəbər verir ki, İngiltərə klubunun 6 futbolçusu bugünkü qarşılaşmanı buraxacaq.

Rəqibin heyətində Bruno Gimarayeş, Tino Livramento, Emil Kraft, Lyuis Mayli Fabian Şaar və Yoan Vissa zədə səbəbindən matçda iştirak edə bilməyəcəklər.

"Qarabağ"da isə Şahruddin Məhəmmədəliyev zədəyə, Jeremi Qnali, Ramil Şeydayev və Amin Rzayev isə adları iştirak ərizəsində olmadığına görə meydana çıxmayacaqlar.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlayacaq.


Paylaş: