Tahir Gözəl: "Komandaya dedim ki, sağ olun"
“Əlbəttə, ağır və çətin gün oldu, amma biz heç vaxt özümüzü əskik hiss etmədik”.
Sportlife.az xəbər verir ki, bunu “Qarabağ”ın prezidenti Tahir Gözəl UEFA Çempionlar Liqasının pley-off mərhələsində Bakıda "Nyukasl"a 1:6 hesabı ilə uduzduqları oyundan sonra jurnalistlərə açıqlamasında deyib:
O, möhtəşəm mübarizə ilə buralara gəldiklərini bildirib: "Gedib komandaya ruh verib dedim ki, sağ olun! Mənim üçün önəmli olan məsələ odur ki, Nyukasla gedəndə orada böyük bir əzmlə mübarizəni davam etdirəcəyik”.
Qeyd edək ki, cavab oyunu fevralın 25-də olacaq.