"Neftçi"dən ayrıldı, yenə icarəyə verildi

  • Bu gün, 18:51

Qış fasiləsindən "Neftçi"dən ayrılaraq müqavilə ilə məxsus olduğu "Baltika" klubuna qayıdan Aleks Fernandes yenidən icarəyə verilib.

Sportlife.az xəbər verir ki, braziliyalı vinger bu ilin sonuna qədər Özbəkistanın "Novbahor" komandasında çıxış edəcək.

23 yaşlı oyunçu 2024-cü ilin fevral ayından "Baltika"da çıxış edir. O, cari mövsümün ilk hissəsini "Neftçi" icarə əsasında "Neftçi"də keçirib, 13 oyunda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.


Paylaş: