"Arsenal" autsayderlə bacarmadı

  • Bu gün, 10:24

"Arsenal" İngiltərə Premyer Liqasının 31-ci turundan təxirə salınmış oyunda evdə "Vulverhempton"la qarşılaşıb.

Sportlife.az xəbər verir ki, qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

"Topçular"ın qollarını Bukayo Saka (5-ci dəqiqə) və Pyero İnkapye (56) vurdular. Lakin "Vulverhempton" ev sahiblərindən bir xal almağı bacarıb.

Əvvəlcə Uqo Bueno (61) fərqlənib, əlavə vaxtın dördüncü dəqiqəsində isə Rikkardo Kalafiori avtoqol müəllifi olub.

"Arsenal"ın 58 xalı var və Premyer Liqada turnir cədvəlinə başçılıq edir. 10 xalı olan "Vulverhempton" isə sonuncu pillədə qərarlaşıb.


Paylaş: