Olimpiada: Xokkeydə yarımfinalçılar bilindi

  • Bu gün, 12:05

Qış Olimpiya Oyunlarında kişilər arasında xokkey turnirinin 1/4 final mərhələsinə yekun vurulub.

Sporlife.az xəbər verir ki, ABŞ, Kanada, Slovakiya və Finlandiya komandaları yarımfinala yüksəlib.

Finala gedən yolda Kanada Finlandiyanı, ABŞ Slovakiyanı sınağa çəkəcək.

Yarımfinal oyunları fevralın 20-də, final isə 22-də keçiriləcək.


Paylaş: