"Real" UEFA-ya dəlillər təqdim etdi
"Real" Çempionlar Liqasının pley-off mərhələsinin "Benfika" ilə ilk oyununda Vinisius Juniora qarşı irqçi təhqirlərlə bağlı UEFA-ya dəlillər təqdim edib.
Sportlife.az xəbər verir ki, Lissabonda keçirilən oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu məhz braziliyalı hücumçu vurub. Vinisius qol vurduqdan sonra "Benfika"nın futbolçusu Canluka Prestianninin onu təhqir etdiyini hakimə bildirib. İrqçiliyə qarşı protokola uyğun olaraq, oyun dayandırılıb və 10 dəqiqə sonra davam etdirilib.
"Real" bu gün UEFA-ya bütün mövcud dəlilləri təqdim edib.