Millimizin üzvündən məhsuldar ötürmə

  • Bu gün, 17:45

Millimizin futbolçusu Mert Çelikin çıxış etdiyi "Sivasspor" Türkiyə I Liqasında növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, Sivas təmsilçisi XXVI turda "Adana Demirspor"un qonağı olub. Matçda qalib müəyyənləşməyib - 1:1.

Meydana start heyətində çıxan Çelik 89-cu dəqiqədə əvəzlənib. 25 yaşlı mərkəz müdafiəçisi komandasının vurduğu qolun məhsuldar ötürməsini edib.

Qeyd edək ki, 26 turdan sonra 32 xal toplayan "Sivasspor" turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.


Paylaş: