Neymar karyerasını bitirir?
"Santos"un hücumçusu Neymar klubu ilə hazırkı müqaviləsi başa çatdıqdan sonra karyerasını bitirə bilər.
Sportlife.az xəbər verir ki, braziliyalı forvard ilin sonunda futbolla vidalaşacağını istisna etməyib:
"Bu il təkcə "Santos" üçün deyil, həm də Braziliya millisi və şəxsən mənim üçün həlledici olacaq. Addım-addım irəliləyirəm. Gələcəyin nə olacağını bilmirəm".
Qeyd edək ki, Neymarın "Santos"la bu ilin dekabr ayınadək müqaviləsi var.