Qoretska seçimini etdi
"Bavariya"nın yarımmüdafiəçisi Leon Qoretska bir neçə Avropa klubunun marağına baxmayaraq "Arsenal"a keçmək istəyir.
Sportlife.az xəbər verir ki, "Bayer" 31 yaşlı alman oyunçu üçün mübarizəyə qoşulan sonuncu komandadır. Lakin Leverkuzen klubu illik 10 milyon avrodan çox maaş vermək iqtidarında deyil.
"Atletiko" və "Milan"dan da təklifləri olan Qoretskanın Münhen təmsilçisi ilə müqaviləsi iyunun 30-da başa çatacaq.