Yığmalarımız hazırlğa başladı
Boks üzrə gənc oğlan və qızlardan ibarət Azərbaycan milliləri bu ilin ilk təlim-məşq toplanışına start veriblər.
Sportlife.az xəbər verir ki, hər 2 komanda hazırlığı Bakıda keçir.
Məşqçilər korpusu toplanışa U-19 Azərbaycan çempionatında özlərini yaxşı tərəfdən göstərənləri cəlb edib.
Bakı Boks Mərkəzində keçirilən məşqlərdə əsas diqqət ümumi fiziki hazırlığa yönəlib. Toplanış martın 1-də yekunlaşacaq.