"Araz-Naxçıvan" autsayderə qarşı

  • Bu gün, 10:13

Premyer Liqanın XXI turunda bu gün daha bir oyun keçiriləcək.

Sportlife.az xəbər verir ki, günün yeganə matçında "Araz-Naxçıvan" Yevlax şəhər stadionunda autsayder "Karvan-Yevlax"ın qonağı olacaq.

Baş hakim İnqilab Məmmədovun idarəçiliyi ilə baş tutacaq matç saat 14:30-da start götürəcək.

Turnir cədvəlində "Araz-Naxçıvan" 30 xalla 6-cıdır. Sonuncu olan "Karvan-Yevlax" isə 6 xalla 12-ci pillədə yer alıb.

Azərbaycan Premyer Liqası

XXI tur

21 fevral

14:30. "Karvan-Yevlax" – "Araz-Naxçıvan"

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Ruslan Quliyev.

VAR: Tural Qurbanov.

AVAR: Şirmamed Mamedov.

Hakim-inspektor: Zöhrab Qədiyev.

AFFA nümayəndəsi: Nəriman Axundov.

Yevlax şəhər stadionu

Qeyd edək ki, turun əvvəlki matçlarında "Turan Tovuz" "Zirə"ni (2:0) məğlub edib. "Sumqayıt" - "Qəbələ" oyununda isə qapılara qol vurulmayıb. Bu gün keçirilməsi nəzərdə tutulan "Neftçi" – "Qarabağ" qarşılaşması daha əvvəl qeyri-müəyyən müddətə təxirə salınıb.

XXI tura fevralın 22-də yekun vurulacaq.


Paylaş: