Millimizin Belarusda son sınağı
Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisi Beynəlxalq İnkişaf Turnirində bu gün son oyuna çıxacaq.
Sportlife.az xəbər verir ki, B qrupunda yer alan milli Belarusla qarşılaşacaq.
Minskdə yerləşən yerli futbol federasiyasının məşq meydanında keçiriləcək görüş Bakı vaxtı ilə saat 16:40-də başlayacaq.
Qeyd edək ki, U-18 daha əvvəl keçirdiyi matçlarda Rusiya (1:7) və Özbəkistana (1:3) məğlub olub.