Əliyev üçün 90 dəqiqə və vacib qələbə
Albaniya Super Liqasında XXV turun oyunları keçirilir.
Sportlife.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” evdə “Dinamo” (Tirana) ilə qarşılaşıb.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əliyev bu matçda 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Eqnatiya” hazırda 46 xalla 2-ci yerdədir. Lider "Vlazniya"nın 48 xalı var.