Prezident seçilsə, Keyni alacaq
"Barselona"da prezidentliyə namizəd olan Xavyer Vilyaxoana gələn ay keçiriləcək seçkilərdə qalib gələcəyi təqdirdə "Bavariya"nın hücumçusu Harri Keyni komandaya gətirəcəyini bildirib.
Sportlife.az xəbər verir ki, o, komandada Keyn kimi forvardın çatışmadığını deyib:
"Əslində artıq əlaqə qurmuşuq və düşünürəm ki, o, bizim üçün əla seçim olardı".
Harri Keynin "Bavariya" ilə müqaviləsi 2027-ci ilin yayına qədərdir.