Dembele sıradan çıxdı
PSJ-nin hücumçusu Usman Dembele Fransa çempionatının 23-cü turunda "Metz"ə qarşı oyunu buraxa bilər.
Sportlife.az xəbər verir ki, "Monako"ya 3:2 hesabı ilə qalib gəldikləri oyunun ilk hissəsində əvəzlənən 28 yaşlı futbolçunun sol ayağının baldır əzələsində ağrılar var. Onun yaxın günlərdə fərdi məşqlərə başlayacağı gözlənilir.
PSJ - "Metz" matçı bu gün keçiriləcək.