UEFA “Qarabağ”ı cəzalandırdı

  • Bu gün, 15:14

UEFA “Qarabağ”ı cəzalandırıb.

Sportlife.az xəbər verir ki, qərar Çempionlar Liqasının Liqa mərhələsinin VII turunda Bakıda Almaniyanın “Ayntraxt” klubuna qarşı keçirilən oyunda (3:2) şüarlara görə İntizam Komitəsi tərəfindən qəbul olunub.

Qərara əsasən, Ağdam təmsilçisi “idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi” və “ümumilikdə futbolun və xüsusilə UEFA-nın nüfuzuna zərər vurulması” səbəbilə 17 500 avro məbləğində cərimə olunub. Qərarda söhbətin konkret nədən getdiyi açıqlanmayıb.

Bundan əlavə, UEFA-nın məlumatına görə, klub bilet nəzarəti qaydalarını da pozub.


Paylaş: