Portuqaliya millisinin sabiq futbolçusu "Sabah"da - EKSKLÜZİV
"Sabah" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportlife.az-ın əldə etdiyi məlumata görə, Bakı klubu Rodriqu Fernandeşlə anlaşıb.
Portuqaliyanın U-16, U-17, U-18 və U-19 yığmalarının sabiq yarımmüdafiəçisinin son klubu "Portu"nun B komandası olub. 25 yaşlı futbolçu "Sportinq"də də çıxış edib.