“Şamaxı” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
Fevralın 20-də Azərbaycan Premyer Liqasında 21-ci tura start verillib.
Sportlife.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma olub. Turun ilk matçında avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” ilə “Turan Tovuz” üz-üzə gəlib. Bu görüşdə tovuzlular inamlı qələbəyə seviniblər.
Günün son oyunu Sumqayıtda keçirilib. “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə görüşüb. Tərəflər meydanı qol vurmadan tərk ediblər.
Dünən daha bir oyun keçirilib. Turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan “Karvan-Yevlax” Yevlaxda “Araz-Naxçıvan”ı qəbul edib. Hazırda turnir cədvəlinin sonuncusu olan Yevlax təmsilçisi bu matçdan da məğlubiyyətlə ayrılıb.
Bu gün isə əvvəlcə “İmişli” ilə “Şamaxı” qarşı-qarşıya gələcək.
Turnir cədvəlinin vahid lideri “Sabah”ı isə bu tur “Kəpəz”lə qarşılaşma gözləyir.
Turun “Neftçi” – “Qarabağ” oyunu qeyri-müəyyən müddətə təxirə salınıb.
Azərbaycan Premyer Liqası, 21-ci tur
22 fevral
14:30. İmişli – Şamaxı
Hakimlər: Rəşad Əhmədov, Asiman Əzizli, Kərim Zeynalov, Vüqar Həsənli.
VAR: Rauf Cabarov.
AVAR: Elşad Abdullayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Elman Musayev.
Quba Olimpiya İdman Kompleksinin stadionu
17:00. Sabah – Kəpəz
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Emin Əliyev.
VAR: Əli Əliyev.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
“Bank Respublika Arena”