Keyn: “Bunu iltifat kimi qəbul edirəm”

  • Bu gün, 11:57

"Bayern"in hücumçusu Harri Keyn "Barselona"nın ona maraq göstərməsi ilə bağlı danışıb.

Sportlife.az xəbər verir ki, ingilis forvard bunları deyib:

"Bu barədə heç nə eşitməmişəm. Atam və qardaşım hər şeyə cavabdehdirlər, amma mənə heç nə deməyiblər. Bunu bir iltifat kimi qəbul edirəm. Amma burada "Bayern"də çox xoşbəxtəm."

Keyn bu mövsüm bütün yarışlarda 36 oyun keçirib, 43 qol vurub və 5 məhsuldar ötürmə edib.


Paylaş: