“Atletiko”nun yeni transferindən rekord
İspaniya çempionatının 25-ci turunda "Atletiko" "Espanyol"u 4-2 hesabı ilə məğlub edib.
Sportlife.az xəbər verir ki, Madridlilərin qollarından birini komandanın vingeri Ademola Lukman vurub.
28 yaşlı futbolçu bütün yarışlarda ilk 6 oyununda 4 qol vurub. Komandanın 2013/14 mövsümündən bəri ən yüksək göstəricisinə bərabərdir.
2025/26 mövsümündə Lukman 25 oyunda 7 qol vurub və 4 məhsuldar ötürmə edib.