“Bayern”in gənc ulduzundan yeni rekord
“Bayern” yarımmüdafiəçisi Camal Musiala Bundesliqada 100 qələbə qazanan tarixdəki ən gənc oyunçu olub.
Sportlife.az xəbər verir ki, almaniyalı futbolçu çempionatın 23-cü turunda "Ayntraxt Frankfurt" üzərində qələbə qazanıb (3-2).
Musiala bu mövsüm bütün yarışlarda 8 oyunda iştirak edib, 1 qol vurub və 2 məhsuldar ötürmə edib.