“Real” baş məşqçisindən narazıdır

  • Bu gün, 15:45

"Real”ın “Benfika”ya qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu komandanın baş məşqçisi Alvaro Arbeloa üçün həlledici ola bilər.

Sportlife.az xəbər verir ki, bu barədə Sport.es məlumat yayıb. Madrid klubu fevralın 25-də doğma meydanda “Benfika”nı qəbul edəcək. Tərəflər arasında keçirilən ilk görüş “Real”ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

43 yaşlı ispan mütəxəssisin mövqeyi La Liqanın 25-ci turunda “Osasuna”ya 1:2 hesablı məğlubiyyətdən sonra ciddi şəkildə zəifləyib. Komandanın Çempionlar Liqasından kənarda qalacağı təqdirdə onun vəzifəsindən uzaqlaşdırılması mümkündür.

Arbeloa yanvarda Xabi Alonsonun istefasından sonra “Real”ın baş məşqçisi təyin olunub. Onun rəhbərliyi altında komanda 10 oyun keçirib, bu matçlarda 7 qələbə qazanıb və 3 dəfə məğlub olub.


Paylaş: