Mahir iştirak ərizəsinə daxil edildi
Uzun müddətdir zədəli olan "Kayzerslautern"də çıxış edən Azərbaycan millisinin üzvü Mahir Emreli bu gün meydana çıxa bilər.
Sportlife.az xəbər verir ki, onun adı 2-ci bundesliqanın 23-cü turunda "Proyssen Munster"lə keçiriləcək səfər matçı üçün açıqlanan siyahıda var. Emreli ehtiyat oyunçular arasında yer alıb.
Sözügedən oyun Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.
Emreli 2025-ci ilin 8 noyabrında “Herta”ya qarşı Almaniya 2-ci bundesliqasının matçında zədə alıb və o vaxtdan oyunlardan kənarda qalmışdı. 28 yaşlı hücumçu bu mövsüm “Kayzerslautern”də 5 oyunda meydana çıxıb və 1 qol vurub.