“Qarabağ”a 4 qol vuran futbolçu MY-nin hədəfində
"Mançester Yunayted” “Nyukasl”ın yarımmüdafiəçisi Sandro Tonali və hücumçusu Antoni Qordonu almaq barədə müzakirələr aparır.
Sportlife.az xəbər verir ki, Qordonun “qırmızı şeytanlar”a transferi 109 milyon avroya, Tonalinin isə 91,5 milyon avroya başa gələ bilər. Lakin “Nyukasl” hər iki oyunçunun yayda komandadan ayrılmaması üçün bütün tədbirləri görmək niyyətindədir. Bu hal keçidi çətinləşdirə bilər.
Tonali bu mövsüm bütün yarışlarda 41 oyunda meydana çıxıb, 2 qol vurub və 5 məhsuldar ötürmə edib. Qordon isə 37 oyunda 14 qol vurub və 5 məhsuldar ötürmə verib.
”Nyukasl” “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində rəqibidir və komandalar arasında Tofiq Bəhramov Respublika stadionunda baş tutan ilk oyun ingilislərin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Cavan oyunu fevralın 24-də, İngiltərədə keçiriləcək.