İtaliya klubunda istefa
"Torino"nun baş məşqçisi Marko Baroni tezliklə qovulacaq.
Sportlife.az xəbər verir ki, mütəxəssis uğursuzluğa görə istefaya göndəriləcək.
Komandanın yeni baş məşqçisi isə 2024/25 mövsümündə "Empoli"ni çalışdıran Roberto d'Aversa olacaq.
"Torino" son 8 Seriya A oyunundan 6-da məğlub olub və 27 xalla turnir cədvəlində 15-ci yerdədir. Komanda ötən gün isə "Cenoa"ya 0:3 hesabı ilə uduzub.