Qvardiolanın yerinə sürpriz namizəd
Mövsümün sonunda Pep Qvardiolanın gedişindən sonra "Mançester Siti"nin yeni baş məşqçisi Enzo Mareska olacaq.
Sportlife.az xəbər verir ki, klub italiyalı mütəxəssislə 5 illik müqavilə şərtlərində razılaşıb.
Sözləşmənin ispan mütəxəssisin karyerasından dərhal sonra imzalanması gözlənilir. Məlumata görə, Qvardiola Mareskanı ideal varis hesab edərək klub rəhbərliyinə tövsiyə edib.
Fabritsio Romano da Mareskanın "Mançester Siti"də Qvardiolanı əvəz etmək üçün bir nömrəli seçim olduğunu bildirib. İspan mütəxəssisin müqaviləsi gələn mövsümün sonuna qədər qüvvədə olsa da, mediada yayılan məlumatlar Qvardiolanın bu yay ayrılma ehtimalının yüksək olduğuna işarə edir.