"Neftçi" Banişevskinin adını tribunaya verdi
Bu gündən etibarən “Neftçi”nin stadionunun ən böyük tribunalarından biri – “Cənub” tribunası Azərbaycan futbolunun əfsanəsi, anadan olmasının 80 illiyi tamam olan Anatoli Banişevskinin adını daşıyacaq.
Sportlife.az xəbər verir ki, bununla da “ağ-qaralar” əfsanəvi “9 nömrə”nin adının əbədiləşdirilməsi istiqamətində növbəti addımı atıb.
Qeyd olunub ki, “Palms Sports Arena”da yerləşən “Anatoli Banişevski” tribunası bundan sonrakı bütün ev oyunlarında azarkeşlərin üzünə açıq olacaq.