Klub prezidenti tribunaları süpürdü
"Barselona"nın sabiq prezidenti Joan Laporta yeni seçkilərə hazırlaşır.
Sportlife.az xəbər verir ki, o, La Liqanın 25-ci turunda "Barselona"nın "Levante" üzərində 3:0 hesablı qələbəsindən əvvəl "Kamp Nou"da tribunaları silib-süpürüb.
Bundan əvvəl Laporta kampaniya komandasının üzvləri üçün "Bar Bocata" restoranında makaron bişirib. Burada Laportanın prezident seçkilərində namizədliyini dəstəkləmək üçün rəsmi imza toplama məntəqəsi yaradılacaq.
Prezident seçkiləri martın 15-də keçiriləcək.