"Milan"ın futbolçusu ağır zədə aldı
"Milan"ın yarımmüdafiəçisi Ruben Loftus-Çik A Seriyasının son turunun "Parma" ilə oyununda zədələnib.
Sportlife.az xəbər verir ki, yarımmüdafiəçi 11-ci dəqiqədə rəqib qapıçı Edoardo Korvi ilə toqquşub. Nəticədə bir neçə dişi sınıb və boyun zədəsi alıb.
Loftus-Çik xərəkdə yatarkən huşunu itirib və xəstəxanaya aparılıb. Oyunçuya alveolyar sümüyün (çənənin bir hissəsi) sınığı diaqnozu qoyulub.
Onun əməliyyat olunacağı və bir neçə ay yaşıl meydanlardan kənarda qala biləcəyi gözlənilir.
Loftus-Çik bu mövsüm "Milan"da 23 liqa oyunu keçirib və üç qol vurub.