Mahir Emreli: "Motivasiyam 100 faizdir"
Azərbaycan millisinin və "Kayzerslautern"in futbolçusu Mahir Emreli uzunmüddətli zədədən sonra meydana çıxıb.
Sportlife.az xəbər verir ki, hücumçu 2-ci Bundesliqanın XXIII turunda “Pröyssen”ə qarşı oynayıb.
Matçın 88-ci dəqiqəsində meydana daxil olan forvard təəssüratlarını bölüşüb: "Mənim üçün çətin dövr oldu. Son bir neçə ay ərzində, xüsusilə reabilitasiya müddətində mənə kömək edən və dəstək olan hər kəsə təşəkkür etmək istəyirəm".
Emreli hazırda özünü 85-90 faiz hazır hiss etdiyini bildirib: “Motivasiyam isə 100 faizdir. Getdikcə daha çox oynamaq və bu mövsüm daha çox qol vurmaq istəyirəm".
Qeyd edək ki, “Kayzerslautern” səfərdə “Pröyssen”ə 3:2 hesabı ilə qalib gəlib.